Səhiyyə Nazirliyi Göyçaydakı ana ölümünün səbəbini araşdırır

Səhiyyə Nazirliyi Göyçaydakı ana ölümünün səbəbini araşdırır
# 25 noyabr 2013 13:31 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Anar Qədirli söyləyib.

A.Qədirli deyib ki, həm Səhiyyə Nazirliyi, həm də nazirliyin Doğuşa yardım Komissiyası tərəfindən araşdırmalara başlanıb. Onun sözlərinə görə, bu məsələnin araşdırılması prosesi bir az vaxt tələb edir və son qərar Səhiyyə Nazirliyi yanında yaradılmış Doğuşa yardım Komissiyası tərəfindən veriləcək.

Qeyd edək ki, noyabrın 23-də Göyçay Rayon Mərkəzi Xəstəxanasında doğuş zamanı Göyçay şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, ev 14-də yaşayan 1991-ci il təvəllüdlü Quliyeva Xəyalə Akif qızı dünyasını dəyişib. Doğuş başa çatan zaman qadında boğulma və qıcolma halları baş verib. Qan köçürülsə də, ananın həyatını xilas etmək mümkün olmayıb. Ölümün səbəbi hələlik müəyyən olunmayıb. Meyit tibbi ekspertizaya göndərilib. Uşağı isə xilas etmək mümkün olub, hazırda o, həkim nəzarətindədir.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırmalara başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR