Gəncədə əlil qadın özünü öldürməyə cəhd edib

Gəncədə əlil qadın özünü öldürməyə cəhd edib
# 05 dekabr 2013 07:31 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhərində ikinci qrup əlil intihara cəhd edib. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, Kəlbəcər rayon sakini, Gəncədə Dəmir Yol Yataqxanasında məskunlaşan, 58 yaşlı Güllü Süleymanova ağır zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilən şəxsi xilas etmək mümkün olub. Hazırda onun vəziyyəti orta-ağırdır.

Polis əməkdaşlarının araşdırması zamanı məlum olub ki, G. Süleymanova Gəncə şəhər Ruhi Əsəb Dispanserində qeydiyyatdadır və II qrup əlildir. 58 yaşlı qadın yaşamaq istəmədiyini deyib və yaşadığı mənzildə sirkə turşusunu içərək özünü öldürmək istəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR