İranın Azərbaycandakı səfiri: “Culfa körpüsü ilə bağlı məhdudiyyət sərhəd memorandumu imzalanana qədər qüvvədə qalacaq”

İranın Azərbaycandakı səfiri: “Culfa körpüsü ilə bağlı məhdudiyyət sərhəd memorandumu imzalanana qədər qüvvədə qalacaq”
# 25 dekabr 2013 15:01 (UTC +04:00)

Sərhədlə bağlı məsələlərin çoxluğu və iclasın iki gün çəkməsi, yəni vaxt məhdudiyyətinin olması səbəbindən bu müzakirələrin davam etdirilməsi qərara alınıb”. Bunu APA-ya açıqlamasında İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin bildirib.

Onun sözlərinə görə, iclasda hər iki tərəf təkliflərini səsləndirib və fikir mübadiləsi aparıb: “Lakin memorandumun imzalanması üçün daha çox müzakirələrin aparılmasına ehtiyac var. Onlar davam etdiriləcək və ümid edirəm ki, sonrakı iclaslarda razılaşma imzalanacaq. Həmin ana qədər sərhəd əvvəlki qaydada işləyəcək, Culfada ağır tonnajlı yük avtomobillərinin köhnə sərhəd körpüsündən keçməsi ilə bağlı tətbiq olunan çəki məhdudiyyəti də əvvəlki kimi qalacaq”.

Tərəflər arasında fikir ayrılıqlarının olub-olmamasına gəlincə, səfir qeyd edib ki, adətən müzakirələr zamanı tərəflər arasında fikir ayrılıqları olur: “Amma ümumi götürdükdə, hazırda daha çox mövqelərin yaxınlaşması müşahidə olunur. Sonrakı iclasların keçirilməsinə səbəb də bu anlaşılmazlıqları aradan qaldırmaq və razılaşmaya nail olmaqdır”.

Horadiz-Aslandüz gömrük məntəqəsinin hələ də açılmamasına toxunan diplomat bildirib ki, bu məsələ sərhəd komissiyasının iclasında müzakirə olunmayıb: “Bu il Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev İran tərəfinə gömrük məntəqəsinin açılmasını təklif edib. İran tərəfi bunun üçün ilkin işlər aparıb. Hələlik bu məsələ gündəmdə deyil. Gömrük məntəqəsinin açılması daha çox Azərbaycan üçün faydalıdır, çünki bu, Azərbaycanla Naxçıvanla arasında məsafəni 100 kilometrə qədər azaldacaq, eyni zamanda Biləsuvarda sıxlığı aradan qaldıracaq. Əgər Azərbaycan tərəfi bununla bağlı təklif etsə, biz məsələni yenidən gündəmə gətirə, məntəqənin tez bir zamanda açılması üçün işlər görə bilərik”.

Rəşt-Astara dəmir yolu layihəsi barədə danışan səfir qeyd edib ki, bu layihə İranın yeni hökumətinin prioritet məsələsidir: “Mən özüm də bu məsələni daim diqqətdə saxlayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR