Azərbaycanda aqrar sığorta ilə bağlı xüsusi fondun yaradılması təklif olunur

Azərbaycanda aqrar sığorta ilə bağlı xüsusi fondun yaradılması təklif olunur
# 10 iyun 2014 10:30 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda kənd təsərrüfatının sığortalanması ilə bağlı yeni qanun layihəsi müvafiq dövlət qurumlarında müzakirə olunur. “APA-Economics”in məlumatına görə, bu barədə Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov məlumat verib.

Onun sözlərinə görə, əsas müzakirə mövzusu aqrar sahədə sığortanın yeni mexanizmləri ilə bağlıdır: “Bu, bizim üçün yeni mexanizmlərdir, lakin beynəlxalq səviyyədə tətbiq olunur. Amma bizdə bu sahədə sığortanın aparılması mexanizmləri bir az başqa formada təklif olunur”.

Qurum rəhbəri əlavə edib ki, aqrar sahədə qeyri-müəyyənlik həddindən artıq olduğu və baş verə biləcək hadisələri proqnozlaşdırmaq çətin olduğu üçün sığorta şirkətləri fermerlərlə işləməyə elə də maraq göstərmir: “Məhz buna görə də aqrar sığortaya dair xüsusi fondun yaradılması da təklif olunur”.

Hazırda bu məsələnin də müzakirə olunduğunu deyən N.Xəlilov qeyd edib ki, bu halda sığorta şirkətləri agent kimi işləyir, dəyən ziyanın ödənilməsi isə həmin fond tərəfindən həyata keçirilir.

Xidmət rəisi əlavə edib ki, Azərbaycanda kənd təsərrüfatının sığortalanması məcburi xarakter daşımayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR