Dövlət Komissiyasının İşçi Qrupunun əməkdaşları şəhər və rayonlara ezam olunub

Dövlət Komissiyasının İşçi Qrupunun əməkdaşları şəhər və rayonlara ezam olunub
# 17 dekabr 2013 07:21 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənovun tapşırığına əsasən qurumun İşçi Qrupunun əməkdaşları bölgələrə ezam olunub.

Məqsəd Sabirabad, Saatlı, İmişli, Biləsuvar, Xızı, Xaçmaz, Quba və Qusar rayon İcra Hakimiyyəti başçıları aparatı yanında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyaların səlahiyyətlərinə aid olan vəzifələrin icrası ilə tanış olmaq və müvafiq əməli köməkliklərin göstərilməsidir İşçi Qrupundan APA-ya verilən məlumata görə, adları çəkilən rayon komissiyaları 2013-cü ildə gənclərin narkomaniya, cinayətkarlıq və digər zərərli vərdişlərdən uzaqlaşdırılaraq sağlam həyat tərzinə uyğun tərbiyə olunması, yabanı halda bitən müxtəlif növ narkoxassəli bitkilərin aşkarlanması və barəsində məhvetmə qərarı qəbul edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarının məhv edilməsi istiqamətində bir sıra tədbirlər həyata keçiriblər.

Şəhər və rayonların tədris müəssisələrində narkotik asılılığın insan sağlamlığına və cəmiyyətə törədə biləcəyi zərərlər barədə şagirdlər, tələbələr və təhsil işçiləri arasında izahlı maarifləndirmə tədbirləri həyata keçirilməsi tövsiyə edilib. Həmçinin Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən “Narkotiklər haqqında həqiqəti bilin” adlı hazırlanmış yaddaş kitabçaları əhalinin, ələlxüsus azyaşlıların, yeniyetmə-gənclər və valideynlərin maarifləndirilməsi və antinarkotik təbliğatın genişləndirilməsi məqsədilə rayon komissiyalarına paylanılıb. Bununla yanaşı, gələcəkdə həyata keçiriləcək tədbirlərin daha da səmərəli həyata keçirilməsi üçün yerli komissiyaların işinə əməli köməkliklər göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR