Suriyada döyüşlərdə iştirak etmiş Azərbaycan vətəndaşına hökm oxunub - VİDEO

 Suriyada döyüşlərdə iştirak etmiş Azərbaycan vətəndaşına hökm oxunub - <span style="color: red;">VİDEO
# 17 dekabr 2014 08:00 (UTC +04:00)

APA-nın məlumatına görə, Zərdab Rayon Məhkəməsinin hökmü ilə S. Cəfərov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu ilin iyun ayında Zərdab Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində vəhhabi təriqətinin üzvü olduğu iddia edilən rayon sakini Səbuhi Cəfərov tutulub. Onun mənzilinə baxış zamanı əl qumbarası aşkar edilib.

Araşdırmalar zamanı S. Cəfərovun Suriyada gedən döyüşlərdə iştirak etdiyi də məlum olub. O, Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq silah saxlama) maddəsinə əsasən ittiham edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR