Gəncə şəhər sakini bıçaqlanıb

Gəncə şəhər sakini bıçaqlanıb
# 27 yanvar 2014 08:13 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncədə 35 yaşlı şəhər sakini bıçaqlanıb. APA-nın qərb bürosunun məlumatına görə, hadisə ötən gecə qeydə alınıb. Gəncə şəhər sakini, 1979-cu il təvəllüdlü Əziz Orucov qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Dərhal əməliyyat edilən 35 yaşlı Ə. Orucovu xilas etmək mümkün olub. Onu kim tərəfindən bıçaqlandığı hələ ki, məlum deyil. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR