Bakı. Məlahət Nəcəfova - APA. "Təmas xəttində vəziyyətin kəskinləşməsi və ağır texnikadan istifadə edilməsi bizim üçün qəbuledilməzdir".
APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, bu sözləri ATƏT-in Mİnsk qrupunun rusiyalı həmsədri İqor Popov Dağlıq Qarabağda verdiyi açıqlamada deyib.
O bu məsələnin Dağlıq Qarabağda keçirdikləri görüşlərdə müzakirə etdiyi bildirib.
İ. Popov qeyd edib ki, Dağlıq Qarabağdakı görüşlərdə həmçinin Azərbaycan və Ermənistan prezidentlərinin təşkili, humanitar məsələlər müzakirə edilib: “Bu kontekstdə Azərbaycan və erməni icmalarının nümayəndələrinin görüşünün mümkünlüyü barədə də danışdıq”.