İsrail 26 fələstinli məhbusu azad edib

İsrail 26 fələstinli məhbusu azad edib
# 31 dekabr 2013 02:41 (UTC +04:00)

Bakı-APA. İsrail hakimiyyəti 26 fələstinli məhbusu azadlığa buraxıb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Fələstinin VAFA informasiya agentliyi məlumat yayıb.

Bundan əvvəl bildirilmişdi ki, azadlığa çıxacaq fələstinlilərin hamısı İsrail həbsxanalarında 18-28 il cəza çəkib. Hökumət komissiyası fələstinli məhbusların üçüncü qrupunun azadlığa buraxılmasına dair qərarı dekabrın 28-i gecə saatlarında təsdiqləyib.

Qeyd edək ki, İsrail tərəfi 4 mərhələdə, ümumilikdə, 104 fələstinlini azad edəcəyini bəyan etmişdi.

Xatırladaq ki, 26 fələstinlidən ibarət məhbusların birinci qrupu avqustun ortalarında, ikinci qrupu isə oktyabrın sonlarında zadlığa buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR