Şirvanda baş verən avtoqəzada sürücülər yaralanıb - VİDEO

Şirvanda baş verən avtoqəzada sürücülər yaralanıb - <span style="color: red;">VİDEO
# 08 fevral 2014 13:35 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı - APA. Şirvanda baş verən avtoqəzada iki sürücü yaralanıb, avtomobillərə ciddi ziyan dəyib.

Şirvan Şəhər Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, bu gün günorta radələrində Şirvan şəhəri H.Əliyev prospektində Şirvan şəhər sakini, 1985-ci il təvəllüdlü Əzimov Əliyusif Elşad oğlunun idarə etdiyi “VAZ-2121” markalı 99 GP 069 dövlət nömrə nişanlı avtomobil 1955-ci il təvəllüdlü Şirəliyev Rasim Ağasadıq oğlunun idarə etdiyi “Mitsubishi” Pajero markalı 10 FC 020 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Nəticədə avtomobillərə ciddi ziyan dəyib. Hər iki sürücü müxtəlif bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Qəzaya səbəb “VAZ-2121” markalı avtomobilin “Mitsubishi” markalı avtomobilin qarşısında qəfildən saxlaması olub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR