Aeroport şossesində xəsarətlə nəticələnən yol qəzası baş verib - FOTOSESSİYA - VİDEO

Aeroport şossesində xəsarətlə nəticələnən yol qəzası baş verib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 27 iyun 2014 02:15 (UTC +04:00)

Bakı. Mahir Məmmədli - APA. Ötən gün axşam saatlarında Bakının Suraxanı rayonu ərazisində, Aeroport şossesində xəsarətlə nəticələnən yol qəzası baş verib. APA-nın məlumatına görə, "Chevrolet" markalı 99 BS 342 dövlət nişanlı avtomobil şossenin sürətli hərəkət hissəsində VAZ-2107 markalı 90 GO 347 markalı avtomobili arxadan vurub. Qəza nəticəsində VAZ-2107-də olan sərnişin Kənan Hacıyev xəsarət alıb. Xəsarət alan sərnişin təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya aparılıb.

İlkin məlumata görə, qəzaya qarşıda hərəkətdə olan başqa bir avtomobilin qəfildən sürəti azaltması səbəb olub. Qarşıdakı maneəni görən VAZ-2107-nin sürücüsü də sürəti azaldıb. Lakin sürətlə hərəkət edən avtomobillə ara məsafəsini düzgün saxlamayan "Chevrolet"in sürücü idarəetməni itirib və nəticədə toqquşma baş verib.

Qəza ilə əlaqədar Aeroport şossesində tıxac yaranıb. Yol-Ratrul Xidmətinin əməkdaşları hərəkəti nizamlayıblar və qəzaya uğrayan avtomobillər evakuasiya edildikdən sonra yolda avtomobillərin normal hərəkəti bərpa olunub.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR