Bakıda Azərbaycan-Macarıstan biznes forumu keçiriləcək

Bakıda Azərbaycan-Macarıstan biznes forumu keçiriləcək
# 22 yanvar 2014 14:39 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Gələn həftə Bakıda Azərbaycan-Macarıstan biznes forumu keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, biznes forum Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr üzrə dövlət katibi Peter Siyartonun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində yanvarın 27-də baş tutacaq.

Forum Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azpromo-nun təşkilatçılığı ilə keçiriləcək. İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin iştirakı ilə keçiriləcək biznes foruma tikinti, İKT, kənd təsərrüfatı, qida emalı avadanlıqları, tekstil, tibbi texnologiyalar, əczaçılıq, turizm, qablaşdırma, maliyyə, alternativ enerji, daşınmaz əmlak və digər sahələrdə fəaliyyət göstərən 24 Macarıstan şirkətinin qatılacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR