Azərbaycanda qətldə təqsirləndirilən şəxs Rusiyada tutulub

Azərbaycanda qətldə təqsirləndirilən şəxs Rusiyada tutulub
# 27 yanvar 2014 10:13 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan şəxs Rusiyada həbs edilib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi və Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə axtarışda olan Vasif Rüstəmov Rusiya Federasiyasının Perm şəhərində tutulub. O, Azərbaycana ekstradisiya olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR