Şəmkirdə "Volvo" markalı minik avtomobili yanıb

Şəmkirdə "Volvo" markalı minik avtomobili yanıb
# 30 yanvar 2014 19:14 (UTC +04:00)

Bakı-APA. Şəmkirdə yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Şiştəpə kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus "Volvo" markalı minik avtomobilində baş verib. Nəticədə avtomobilin mühərrik hissəsinin yanar konstruksiyaları yanıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR