Ukrayna hərbçiləri Yanukoviçi ölkədə vəziyyəti sabitləşdirmək üçün təxirəsalınmaz tədbirlər görməyə çağırıblar

Ukrayna hərbçiləri Yanukoviçi ölkədə vəziyyəti sabitləşdirmək üçün təxirəsalınmaz tədbirlər görməyə çağırıblar
# 31 yanvar 2014 10:34 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə Ukrayna Müdafiə Nazirliyinin saytında məlumat yerləşdirilib.

“Ukrayna Müdafiə nazirliyinin aparatında çalışan və xidmət keçən Silahlı Qüvvələrin hərbi qulluqçuları və əməkdaşları öz vətəndaşlıq mövqeyini ifadə edərək, Ali Baş Komandanı ölkədəki vəziyyətin sabitləşməsi və cəmiyyətdə razılaşmanın əldə olunması üçün mövcud qanunvericilik çərçivəsində təxirəsalınmaz tədbirlər həyata keçirməyə çağırıblar” – deyə açıqlamada bildirilir.

Qeyd edək ki, yanvarın 27-də Ukraynanın müdafiə naziri Pavel Lebedev bəyan edib ki, Silahlı Qüvvələr ölkədəki münaqişəli vəziyyətə qarışmır və onun həllində iştirak etmək niyyətində deyil. O, bəzi siyasətçilərin ordunu ölkədəki siyasi böhranın həllinə cəlb etmək təşəbbüslərini təxribat kimi qiymətləndirib.

Hazırda Ukrayna prezidenti Viktor Yanukoviç xəstəliyi ilə əlaqədar məzuniyyətə çıxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR