Kaliforniyada naməlum şəxs 2 polis əməkdaşını güllələyib

Kaliforniyada naməlum şəxs 2 polis əməkdaşını güllələyib
# 25 oktyabr 2014 04:57 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Kaliforniya ştatında silahlı hücum nəticəsində 2 polis əməkdaşı həlak olub. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, polis əməkdaşları əməliyyat-axtarış təbirləri keçirən zaman naməlum silahlı şəxs şerifin müavinini qətlə yetirib və 2 polis əməkdaşını yaralayıb. Yaralılardan biri xəstəxanada ölüb. Sakramento şəhərində keçirilən əməliyyat zamanı sakinlərə xəbərdarlıq edilib və onlara olduğu yerləri tərk etməmək və evdən çölə çıxmamaq tövsiyə olunub.

Hazırda əməliyyat zamanı qadın və kişi saxlanılıb. Qadının üzərində tapança aşkarlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR