İranın xarici banklardakı dondurulmuş pullarının köçürülməsi işi üç banka tapşırılıb

İranın xarici banklardakı dondurulmuş pullarının köçürülməsi işi üç banka tapşırılıb
# 21 yanvar 2014 13:18 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın xarici banklardakı dondurulmuş pullarından sərbəst buraxılması planlaşdırılan 4,2 milyard dollarının köçürülməsi işi üç banka tapşırılıb.

APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunlardan ikisinin adı məlum olub. Həmin banklar “Societe Generala” və “Standared Chartered”dir. Digər bankın adını isə hələlik dəqiqləşdirmək mümkün olmayıb.

Qeyd edək ki, İran xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavini, baş nüvə müzakirəçisi Seyid Abbas Əraqçı ölkəsinin xarici banklarda dondurulmuş pullarının bir qisminin fevralın 1-də sərbəst buraxılacağını bildirib. Onun sözlərinə görə, həmin pulların köçürülməsi üçün İran Mərkəzi Bankında xüsusi hesab açılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR