Azərbaycan Dövlət Neft Şirkəti təqaüdçü neftçilər üçün Könüllü Tibbi Sığorta Proqramının icrasına başlayıb

Azərbaycan Dövlət Neft Şirkəti təqaüdçü neftçilər üçün Könüllü Tibbi Sığorta Proqramının icrasına başlayıb
# 08 oktyabr 2013 14:41 (UTC +04:00)

ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, müqaviləyə əsasən, sığorta şirkəti Könüllü Tibbi Sığorta Proqramı çərçivəsində ARDNŞ-in sabiq əməkdaşları üçün təcili tibbi yardım, ambulator-poliklinika və stasionar müalicə kimi xidmətlərin təşkilini öz üzərinə götürür.

Sığorta proqramı üzrə tibbi xidmətdən yararlanmaq istəyən təqaüdçülər qeydiyyata alınmaq üçün Mərkəzi Neftçilər Xəstəxanasında «PAŞA Sığorta» şirkətinin nümayəndələrinə müraciət edərək, əmək kitabçasının və təqaüdçü statusunu əks etdirən sənədin notariat qaydada təsdiqlənmiş surətlərini, həmçinin ARDNŞ-in təşkilat və müəssisələrində işlədiklərini təsdiq edən arayışı təqdim etməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR