İraqda terrorçuların hücumları nəticəsində xüsusi xidmət orqanlarının 16 əməkdaşı ölüb

İraqda terrorçuların hücumları nəticəsində xüsusi xidmət orqanlarının 16 əməkdaşı ölüb
# 23 oktyabr 2013 01:25 (UTC +04:00)

Bakı-APA. İraqın qərbindəki Anbar əyalətində oktyabrın 22-də terrorçuların hücumları nəticəsində xüsusi xidmət orqanlarının azı 16 əməkdaşı ölüb, 35 nəfər yaralanıb. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, hücumların əksəriyyəti terrorçu-kamikadzelər tərəfindən həyata keçirilib.

BMT-nin hesablamalarına görə, bu ilin aprel ayından bu günədək İraqda 4500-dən çox insan terror aktlarının qurbanı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR