Ötən il Azərbaycanda 93 minə yaxın vergi ödəyicisində qanun pozuntusu aşkarlanıb

Ötən il Azərbaycanda 93 minə yaxın vergi ödəyicisində qanun pozuntusu aşkarlanıb
# 09 yanvar 2014 11:50 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Ötən il ərzində Azərbaycanda 92 810 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib.

Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən vergi ödəyicilərinin aşkarlanması və s. kimi operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə vergi orqanları tərəfindən keçirilmiş tədbirlər zamanı 92 810 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları müəyyən olub.

Hesabat ilində 24 915 vergi ödəyicisi tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozulduğu, 6 213 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu, valyutanın ticarət, iaşə və xidmət müəssisələrində qanunsuz olaraq alınıb-satıldığı və ya dəyişdirildiyi, 3 167 vergi ödəyicisinin vergi orqanlarında uçota durmadan fəaliyyət göstərdiyi, 6 772 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb edilən fəaliyyət növləri ilə lisenziya almadan məşğul olduğu müəyyən edilib.

Operativ nəzarət tədbirləri zamanı 5 244 vergi ödəyicisi tərəfindən 3 371 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 2 423 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 727 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış 17 170 ədəd mal aşkarlanıb.

Aşkar edilmiş faktlarla bağlı qanuna müvafiq tədbirlər görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR