Cəmil Çiçək: “Türkiyə həmişə İranla əlaqələrə böyük əhəmiyyət verir”

Cəmil Çiçək: “Türkiyə həmişə İranla əlaqələrə böyük əhəmiyyət verir”
# 11 may 2013 15:25 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. “İranla əlaqələrin inkişafı Türkiyə üçün böyük əhəmiyyət kəsb edir”. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçək İran prezidentinin müavini Lütfullah Füruzandə Dehkordi ilə görüşündə deyib. O bildirib ki, Türkiyə qonşu ölkələrdə sülh, sabitlik və inkişafa böyük əhəmiyyət verir: “Çünki bunun Türkiyədə sülh, sabitlik və inkişafa birbaşa təsiri var. Qonşu ölkələr, xüsusilə də dərin tarixi və mədəni bağlarımız olan İrandan həmişə yaxşı xəbərlər eşitmək istəyirik. İranda keçiriləcək prezident seçkilərinin də müvəffəqiyyətlə nəticələnməsini arzulayıram”.

C. Çiçək qeyd edib ki, Türkiyə həmişə İranla əlaqələrə böyük əhəmiyyət verir: “Hazırda iki ölkə liderləri arasında əlaqələr ən yüksək səviyyədə və sıx şəkildə davam edir. Bölgənin iki böyük və əhəmiyyətli ölkəsi olan İran və Türkiyə arasındakı sıx əlaqələrin özünəməxsus xüsusiyyətləri var”.

İranın vitse-prezidenti isə öz növbəsində vurğulayıb ki, iki ölkə arasında yaxşı əlaqələr var: “Lakin ticarət həcmini 35 milyard dollara çatdırmaq üçün daha çox iş görülməlidir. İki ölkənin mühüm beynəlxalq mövzularda fikir mübadiləsi aparması və əlaqələrin inkişafı hər iki dövlətin xeyrinədir. Türkiyə ilə dostluq İran üçün də böyük əhəmiyyət kəsb edir”.

Qeyd edək ki. L. Füruzandə Türkiyə baş nazirinin müavini Bəkir Bozdağın dəvəti ilə Ankarada səfərdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR