Azərbaycanda enerji istehsalçılarının yanacaqla təminatı artıb

Azərbaycanda enerji istehsalçılarının yanacaqla təminatı artıb
# 26 noyabr 2013 08:09 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda istehlakçılara 4 336,0 min ton və yaxud əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,9% çox neft emalı məhsulları göndərilib.

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, mazut yanacağı və sürtgü yağları istisna olmaqla, qalan neft məhsullarının həcmi artıb.

Bu ilin yanvar-sentyabr aylarında elektrik və istilik enerjisinin istehsalı üçün müəssisələr tərəfindən 4 190,2 mln. kubmetr və ya ötən ilin müvafiq dövrünə nisbətən 0,5% çox təbii qaz, həmçinin, elektrik və istilik enerjisinin istehsalı üçün 2,1 min ton dizel yanacağı, 1,0 min ton mazutdan istifadə edilib.

Qeyd edək ki, 1 kVt/saat elektrik enerjisi istehsalına neft ekvivalenti ilə 227,7 qram yanacaq məsrəf olunub. Həmin dövr ərzində ölkənin bütün təsərrüfat subyektləri tərəfindən 13,5 mlrd. kVt/saat elektrik enerjisi istehlak edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR