Qırğızıstan “Manas” aviabazasının fəaliyyətinin dayandırılması haqda ABŞ-a nota təqdim edib

Qırğızıstan “Manas” aviabazasının fəaliyyətinin dayandırılması haqda ABŞ-a nota təqdim edib
# 14 noyabr 2013 12:19 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, notanı Qırğızıstanın xarici işlər naziri Erlan Abdıldayev ABŞ-ın ölkədəki səfiri Pamela Spratlenə şəxsən təqdim edib.

Qeyd edək ki, sonradan Tranzit Daşımaları Mərkəzi adlandırılan aviabaza 2001-ci ilin dekabrında Əfqanıstandakı əməliyyatlarla bağlı yaradılıb. ABŞ-ın 2014-cü ildə koalisiya qüvvələrinin əsas kontingentinin Əfqanıstandan çıxarılması qərarı ilə əlaqədar Qırğızıstan hakimiyyəti aviabaza barədə 2014-cü ilin ortalarında bitəcək müqavilənin müddətini uzatmamağa qərar verib. Qırğızıstan prezidenti Almazbek Atambayev “Manas” hava limanının tam mülki obyekt olacağını söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR