ADP İdarə Heyəti partiyanın prezident seçkisində öz namizədi ilə iştirakı barədə qərar verib

ADP İdarə Heyəti partiyanın prezident seçkisində öz namizədi ilə iştirakı barədə qərar verib
# 27 avqust 2013 08:45 (UTC +04:00)

Bakı. Ramil Məmmədli - APA. Azərbaycan Demokrat Partiyasının (ADP) İdarə Heyəti prezident seçkisində öz namizədi ilə iştirakla bağlı qərar verib.

ADP-dən verilən məlumata görə, İdarə Heyətinin iclasında partiya sədri Sərdar Cəlaloğlunun namizədliyinin irəli sürülməsini Ali Məclisə tövsiyə olunub. Ali Məclisin yığıncağının isə avqustun 28-də keçirilməsi qərara alınıb.

ADP sədri Sərdar Cəlaloğlu APA-ya deyib ki, partiyanın Nizamnaməsinə görə, qurumun seçkidə iştirakı və namizədinin müəyyənləşdirilməsi məsələsi Ali Məclisin və Qurultayın səlahiyyətindədir. Vaxtın azlığı nəzərə alınaraq, İdarə Heyəti Ali Məclisin sessiyasının çağırılması məqsədəuyğun hesab edilib: “Ali Məclisin sessiyasında müzakirəyə yalnız bir məsələ - partiyanın prezident seçkilərindəki namizədinin irəli sürülməsi və bundan irəli gələn digər prosedur məsələlərin müəyyənləşdirilməsi çıxarılacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR