Suriya ordusu Homs şəhərində 37 nəfər üsyançını məhv edib

Suriya ordusu Homs şəhərində 37 nəfər üsyançını məhv edib
# 10 yanvar 2014 11:44 (UTC +04:00)

Bakı – APA. Suriyada hökumət qüvvələri 37 nəfər üsyançını məhv edib.

APA-nın “Associated Press”ə istinadən verdiyi məlumata görə, üsyançılar Homs şəhərinin mərkəzi hissəsinə keçməyə çalışırdı. Bəşər Əsədə sadiq ordu terrorçu qruplaşmalarının üzvlərini şəhərin mərkəzindən bir qədər aralıda yerləşən Haldiya rayonunda zərərsizləşdirib.

Həmçinin yanvarın 8-dan 9-a keçən gecə Homs şəhərinin mərkəzindən çıxmağa çalışan 45 üsyançı məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR