Azərbaycanda enerji idarəetmə sistemləri ilə bağlı standartın tətbiqinə dair təlim keçiriləcək

Azərbaycanda enerji idarəetmə sistemləri ilə bağlı standartın tətbiqinə dair təlim keçiriləcək
# 14 yanvar 2014 11:49 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu və Britaniya Standartlar İnstitutunun birgə təşkilatçılığı ilə «Enerji İdarəetmə Sistemləri» standartının tətbiqi istiqamətində daxili audit üzrə təlimlər keçirilir.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, yanvarın 21-də Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu və Britaniya Standartlar İnstitutunun (BSİ) birgə təşkilatçılığı ilə «Enerji İdarəetmə Sistemləri» (ISO 50001) standartının tətbiqi istiqamətində enerji idarəetmə sistemlərinin tətbiqi və daxili audit üzrə təlimlərə başlanacaq.

Təlimlər üç gün ərzində Britaniya institutunun mütəxəssisinin iştirakı ilə keçiriləcək. Təlimləri müvəffəqiyyətlə bitirən iştirakçılar ISO 50001 standartının tətbiqi üzrə daxili auditor biliklərinə yiyələnmələri haqqında BSİ-nin rəsmi sertifikatı ilə təltif olunacaq.

Qeyd edək ki, ISO 50001 beynəlxalq standartı enerji idarəetmə sisteminin qurulması, tətbiqi, müşayiət edilməsi və təkmilləşdirilməsi üzrə tələbləri təyin edən, müəssisə üçün enerji sisteminin, enerji effektivliyinin, enerji təhlükəsizliyinin, enerji sərfinin davamlı təkmilləşdirilməsinə imkan yaradan sistemli yanaşmadır. Həmçinin, bu, yeganə standartdır ki, müəssisəyə qısa müddət ərzində enerji effektivliyinə nail olmağa və maddi qənaəti əldə etməyə imkan yaradır.

Təlimlərdə iştirak etmək istəyənlər özləri haqqında məlumatları yanvarın 17-dək Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutuna təqdim edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR