İranın Şərqi Azərbaycan vilayətində zəlzələ baş verib

İranın Şərqi Azərbaycan vilayətində zəlzələ baş verib
# 05 noyabr 2013 08:15 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Bu gün səhər saatlarında İranın Şərqi Azərbaycan vilayətində zəlzələ baş verib.

APA-nın Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, təbii fəlakətin episentri İranın Şərqi Azərbaycan vilayətinin Şərəbian şəhərinə təsadüf edib.

4.1 bal gücündə olan zəlzələ noyabrın 5-də Bakı vaxtı ilə səhər saat 06:19-da (Tehran vaxtı ilə 05:49-da) yerin 12 km dərinliyində meydana gəlib. Təbii fəlakət Şərabiandan 11 km, Dozdozandan 16 km, Tikmədaşdan 24 km və Tehrandan 444 km uzaqlıqda baş verib. Dağıntı və tələfat barədə məlumat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR