Bakıda 16 mərtəbəli binanın zirzəmisində 81 ədəd elektrik sayğacı yanıb

Bakıda 16 mərtəbəli binanın zirzəmisində 81 ədəd elektrik sayğacı yanıb
# 25 yanvar 2014 22:57 (UTC +04:00)

Bakı-APA. Bakıda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Nəsimi rayonunda 16 mərtəbəli yaşayış binasının zirzəmisində baş verib. Nəticədə zirzəmidə quraşdırılmış 81 ədəd elektrik sayğacı yanıb. Bina yanğından mühafizə olunub. Yanğın saat 00:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR