Bakıda Azərbaycan-Çexiya biznes forumu keçiriləcək

Bakıda Azərbaycan-Çexiya biznes forumu keçiriləcək
# 18 aprel 2014 15:19 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Gələn həftə Bakıda Azərbaycan-Çexiya biznes forumu keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) “APA-Economics”ə verilən məlumata görə, aprelin 25-də Çexiyanın ticarət və sənaye nazirinin müavini Yirji Havliçekin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri edəcək.

Səfər çərçivəsində Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azpromo-nun təşkilatçılığı ilə Bakıda Azərbaycan-Çexiya biznes forumu baş tutacaq.

Forumda iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən Çexiya şirkətləri iştirak edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR