Ucarda avtomobil aşıb, xəsarət alan var

Ucarda avtomobil aşıb, xəsarət alan var
# 24 mart 2014 09:56 (UTC +04:00)

Ucar. Zahid Abışov - APA. Ucar rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Rayon Polis Şöbəsindən APA - nın yerli bürosuna verilən məlumata görə, hadisə gecə saatlarında rayon ərazisində qeydə alınıb. Ucar rayon sakini, 46 yaşlı Əzizov Yaqub Davud oğlu 44 - BX -612 dövlət nömrə nişanlı “VAZ -21099” markalı minik maşınının idarəetməsini itirib və avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü Y.Əzizov müxtəlif bədən xəsarətləri ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil. Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR