Azərbaycanlı alim Moskvada keçiriləcək beynəlxalq konqresə dəvət alıb

Azərbaycanlı alim Moskvada keçiriləcək beynəlxalq konqresə dəvət alıb
# 05 oktyabr 2013 16:55 (UTC +04:00)

Astara. Ağəddin Babayev - APA. Astara Pedaqoji Kollecin direktoru, fəlsəfə doktoru, əməkdar müəllim Əlihəsən Həmzəyev Moskva şəhərində (Rusiya) keçiriləcək III Beynəlxalq Elmi Konqresə dəvət olunub.

Bu barədə APA-nın Cənub bürosuna məlumat verən Ə.Həmzəyevin sözlərinə görə, görkəmli rus alimi V.İ.Vernadskinin anadan olmasının 150 illik yubileyinə həsr olunmuş bu beynəlxalq tədbir M.V.Lomonosov adına Moskva Dövlət Universitetində oktyabrın 23-25-də keçiriləcək. Ə.Həmzəyev konqresdə «Qloballaşmış iqtisadiyyat» mövzusunda məruzə ilə çıxış edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR