Rüşvət almaqda təqsirləndirilən gizirə hökm oxunub

Rüşvət almaqda təqsirləndirilən gizirə hökm oxunub
# 10 iyun 2014 07:39 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Tərtər Hərbi Məhkəməsində rüşvət almaqda təqsirləndirilən hərbiçinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən Ədalət Məmmədov 2 il müddətinə məsul vəzifə tutmaq hüququndan və gizir rütbəsindən məhrum edilməklə 6 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına görə, Ə.Məmmədov gizir kimi çalışdığı hərbi hissənin əsgəri Babək Abuzərovun məzuniyyətə getməsinə köməklik edib. O, hərbi hissə komandiri qarşısında bununla bağlı vəsatət qaldıraraq, əsgərin məzuniyyətə buraxılmasını xahiş edib. Bunun müqabilində B.Abuzərovdan 100 manat məbləğində rüşvət alıb.

Ə.Məmmədov Cinayət Məcəlləsinin 341 (hakimiyyətdən sui-istifadə etmə) və 311-ci (rüşvət alma) maddələrinə əsasən ittiham edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR