Bu ilin sentyabrından 10 000-dən çox şagird Heydər Əliyev Mərkəzini ziyarət edib - FOTOSESSİYA

Bu ilin sentyabrından 10 000-dən çox şagird Heydər Əliyev Mərkəzini ziyarət edib - <span style="color: red;">FOTOSESSİYA
# 25 dekabr 2013 13:29 (UTC +04:00)

Bakı – APA. Bu ilin sentyabr ayından etibarən məktəblilər və təlim-tərbiyə müəssisələrinin uşaqlarının Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunur.

Mərkəzdən APA-ya verilən məlumata görə, sentyabr ayından indiyə qədər layihə çərçivəsində Bakının müxtəlif məktəblərindən 10 000-dən çox şagird qrup şəklində Heydər Əliyev Mərkəzində olub.

Bu layihə yeni nəslin milli-mənəvi dəyərlər və ənənələrlə, tarixi keçmişinə bağlı ruhda böyüməsinə, ölkəmiz haqqında bilik və məlumatlarının artırılmasına xidmət edir.

Layihəyə əsasən, məktəblilər 5 saat ərzində dünya memarlığının incilərindən sayılan Heydər Əliyev Mərkəzin binası ilə tanış olurlar. Onlar Heydər Əliyev Muzeyində Heydər Əliyevin həyat və fəaliyyəti, irsi barədə məlumat alır, Mərkəzdə nümayiş olunan sərgilərə baxır, eksponatlar haqqında maraqlı faktlar öyrənirlər. “Azərbaycan inciləri: tarixin axarında”, “Mini Azərbaycan”, “Kosmosa səyahət” sərgiləri məktəblilərdə xüsusi maraq doğurub. Ekskursiya zamanı hər yaş qrupu üzrə fərqli interaktiv təlim proqramı tətbiq olunur, həmçinin onlara ekskursiyadan xatirə kimi hədiyyələr təqdim edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR