Con Makkeyn: “İrana qarşı sanksiya qərarının qəbul edilməsi mümkündür”

Con Makkeyn: “İrana qarşı sanksiya qərarının qəbul edilməsi mümkündür”
# 16 dekabr 2013 08:03 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “İrana qarşı sanksiya qərarının qəbul edilməsi mümkündür”. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın tanınmış senatoru Con Makkeyn bildirib.

Onun sözlərinə görə, İranla “altılıq” ölkələri arasında aparılan nüvə müzakirələrində 6 aydan sonra heç bir nəticə əldə edilməsə, onda ABŞ Senatına yeni sanksiya layihəsi təqdim edilə bilər: “Fikrimcə, Cenevrə razılaşması İranın uranın zənginləşdirilməsi hüququnu özündə saxlayır. Eyni zamanda biz bu ölkənin nüvə obyektlərindəki sentrifuqaların fəaliyyət göstərdiyini və Ərak ağır su nüvə reaktorunun tikintisinin davam etdiyini deyə bilərik. Biz sanksiyaları azaldacağıq, ancaq İran nüvə fəaliyyətlərinin çox hissəsini davam etdirəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR