Bakı təhsil işçilərinin konfransı keçirilib - FOTOSESSİYA - VİDEO

Bakı təhsil işçilərinin konfransı keçirilib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 10 sentyabr 2013 11:17 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Bakı şəhəri üzrə təhsil işçilərinin konfransı keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə məktəb direktorları, direktor müavinləri, müəllimlər, “Ən yaxşı müəllim” müsabiqəsi qalibləri, yüksək balla ali məktəblərə daxil olmuş məzunlar, habelə aidiyyəti təşkilatların nümayəndələri iştirak edib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir əvəzi Məhəmməd Bayramov “2012/2013-cü dərs ilinin yekunları və qarşıda duran vəzifələr” mövzusunda məruzə ilə çıxış edib. Daha sonra tədbirdə məktəb direktorları və müəllimlərin fikirləri, təklifləri dinlənilib.

Konfransda çıxış edən təhsil naziri Mikayıl Cabbarov da təhsil sahəsindəki nailiyyətlər və mövcud problemlərin həlli istiqamətində qarşıda duran vəzifələrdən danışıb. Nazir, həmçinin səsləndirilən fikir və təkliflərə öz mövqeyini açıqlayıb.

Qeyd edək ki, sentyabr konfransının bütün fənlər üzrə metodik bölmə iclaslarında ölkədə aparılan təhsil islahatları ilə əlaqədar qazanılmış uğurlar, qarşıya çıxan çətinliklər, fənn kurikulumları və şagird nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni mexanizmin tətbiqi, məktəbəhazırlıq qruplarında işin təşkili, hər bir fənn üzrə təhsilin keyfiyyətinin yüksəldilməsi, tədris proqramları və dərsliklərin səviyyəsi, metodik xidmətin effektiv təşkili, idarəetmənin demokratikləşdirilməsi kimi məsələlər müzakirə edilərək əməli təkliflər hazırlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR