Nəqliyyat Nazirliyi Bakıdakı avtodayanacaqların tarif siyasətinə aydınlıq gətirib

Nəqliyyat Nazirliyi Bakıdakı avtodayanacaqların tarif siyasətinə aydınlıq gətirib
# 26 noyabr 2013 11:04 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycan paytaxtının ərazisində avtomobil dayanacaqları həm Nəqliyyat Nazirliyi, həm də Bakı şəhər İcra Hakimiyyəti tərəfindən tikilir. Bu obyektlər hazır olduqdan sonra xüsusi podratçı şirkətlərə idarəetməyə verilir. Burada qiymətlər xidmət səviyyəsindən asılı olaraq dəyişir və özəl sahə olduğu üçün qiymətləri də bazar tənzimləyir. Bu barədə «APA-Economics»ə Nəqliyyat Nazirliyi Katibliyinin rəisi Namiq Həsənov bildirib: «Nəqliyyat Nazirliyi bu obyektlərin tarif siyasətinə qarışmır və belə bir niyyəti də yoxdur».

Nazirlik nümayəndəsi deyib ki, həmin podratçı şirkətlər avtodayanacaqların istismarından gəlir götürür, işçi saxlayır və vergiləri ödəyir: «Buna görə də orada özlərinə münasib olan qiymətləri təyin edirlər».

«Sahibkar orada qiyməti ona sərf edən həddə saxlamalıdır. Əks halda bu iş ona sərf etməz. Ona görə də parkinqdən imkanı olanlar istifadə edirlər. Digər tərəfdən, parkinq hamı üçün deyil, həm də avtodayanacaqların Bakıdakı maşınların sayını qarşılaya bilməsi də mümkün deyil. Parkinq sıxlığı azaltmaq, tıxacın qarşısını almaq üçün nəzərdə tutulub», - deyə N.Həsənov vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR