Azərbaycanda istehlak kreditlərinin faiz dərəcələri aşağı salına bilər

Azərbaycanda istehlak kreditlərinin faiz dərəcələri aşağı salına bilər
# 06 sentyabr 2013 08:59 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) kommersiya bankları ilə istehlak kreditlərinin faiz dərəcələrinin aşağı salınması barədə danışıqlar və işlər aparır. “APA-Economics”in xəbərinə görə, bunu AMB-nin sədri Elman Rüstəmov bildirib.


Kreditlər üzrə faiz dərəcələrinə toxunan E.Rüstəmov bildirib ki, Azərbaycanda biznes kreditləri üzrə orta faiz dərəcəsi təxminən 14% təşkil edir ki, bu da digər ölkələrlə müqayisəli səviyyədədir: “İstehlak kreditlərinin dərəcələri də qonşu ölkələrlə müqayisədə yüksək hesab oluna bilməz. Lakin hər halda, istehlak kreditlərinin ucuzlaşması Mərkəzi Bank tərəfindən lazımı hesab edilir”.

E.Rüstəmov eyni zamanda bəyan edib ki, bankların yüksək qazanc əldə etməsi barədə fikirlər yanlışdır: “Bankların mənfəətinin orta səviyyəsi təxminən 3%-ə bərabərdir ki, bu da yüksək göstərici hesab oluna bilməz”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR