Ağdaşda intihar edən 5 uşaq atasının meyiti su kanalında tapılıb

Ağdaşda intihar edən 5 uşaq atasının meyiti su kanalında tapılıb
# 06 yanvar 2014 13:14 (UTC +04:00)

APA-nın məlumatına görə, yanvarın 4-də Ağdaş rayonu Şəkili kənd sakini 1959-cu il təvəllüdlü Məcnun Xaləddin oğlu Əsgərovun yaşadığı evin yaxınlığından keçən Yuxarı Şirvan kanalına özünü ataraq intihar etməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Sularında Xilasetmə Xidmətinin Mingəçevir şəhərindəki Aran Dalğıc-Axtarış Qrupunun əməkdaşları gələrək axtarışa başlayıblar. Axtarış nəticəsində həmin şəxsin meyiti bu gün kanaldan tapılıb.

Qeyd edək ki, M.Əsgərov 5 uşaq atasıdır. Onun ruhi xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı Ağdaş rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR