Rza Zərrabın İrandakı iş ortağı Babək Zəncaninin borcunu ödəməsi barədə sənədlərin saxta olduğu açıqlanıb

Rza Zərrabın İrandakı iş ortağı Babək Zəncaninin borcunu ödəməsi barədə sənədlərin saxta olduğu açıqlanıb
# 09 yanvar 2014 13:21 (UTC +04:00)

APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran Mərkəzi Bankının sədri Vəliyullah Seyf deyib.

Onun sözlərinə görə, B. Zəncani İran Neft Nazirliyinə olan borcunu İran Mərkəzi Bankının şöbələrindən birinə ödəməsi nəzərdə tutulsa da, bunu həyata keçirməyib.

V. Seyf deyib ki, İran Mərkəzi Bankı B. Zəncaninin İran Neft Nazirliyinə olan borcunu ödəməsi ilə bağlı məsələni bir neçə dəfə təkzib edib və hazırda məhkəmənin çıxaracağı qərarı gözləyir.

Qeyd edək ki, Türkiyədə rüşvət və korrupsiya ittihamı ilə həbs olunan Rza Zərrabın İrandakı iş ortağı olduğu bildirilən B. Zəncani İran Neft Nazirliyinə olan borcundan dolayı və sosial sığorta məsələsi ilə bağlı açılmış iş səbəbindən tutulub. Tanınmış milyarder hazırda Tehranın Evin həbsxanasında təkadamlıq kamerada saxlanılır. Onun İran Neft Nazirliyinə 2.6 milyard avro borcu olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR