Bakıda taksi sürücüsünü qətlə yetirən şəxs tutulub - VİDEO

Bakıda taksi sürücüsünü qətlə yetirən şəxs tutulub - <span style="color: red;">VİDEO
# 22 fevral 2014 10:17 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Ötən gün Bakıda taksi sürücüsünü qətlə yetirən şəxs tutulub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, fevralın 21-də Binəqədi rayonu Biləcəri qəsəbəsinin ərazisindən qəsəbə sakini Elnur Ağayev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.

Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Bakı şəhər sakini İlqar Məmmədov tərəfindən törədilməsi müəyyən edilib.

Qeyd edək ki, hadisə Biləcəri qəsəbəsində Dəmir Yolu vağzalının qarşısında qeydə alınıb. 1985-ci il təvəllüdlü taksi sürücüsü Elnur Akif oğlu Ağayev naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR