Ombudsman əfv fərmanı imzalanacağına ümid edir

Ombudsman əfv fərmanı imzalanacağına ümid edir
# 12 sentyabr 2013 08:13 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. “Hər ay Ombudsman Aparatına əfvlə bağlı müraciətlər daxil olur ki, biz də onu Prezident yanında Əfv məsələləri komissiyasına göndəririk”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın insan hüquqları müvəkkili (Ombudsman) Elmira Süleymanova bildirib.

O qeyd edib ki, əfvlə bağlı yeni sərəncamının verilməsinə ümidlidir: “İstənilən halda bu, prezidentin səlahiyyətlərinə aiddir. Biz qəbul etdiyimiz müraciətləri yalnız təklif formasında verə bilərik”.

E.Süleymanova həbsdə olan tanınmışlardan konkret kimlə bağlı ona müraciət olunması barədə açıqlama verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR