Azərbaycan çovqan idman növünün UNESCO-nun təcili qorunmağa ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edilməsini istəyir

Azərbaycan çovqan idman növünün UNESCO-nun təcili qorunmağa ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edilməsini istəyir
# 17 sentyabr 2013 11:57 (UTC +04:00)

APA-nın UNESCO-nun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, toplantıda qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiyanın icrası haqda 10-a yaxın dövri hesabat dinləniləcək, təcili qorunmağa ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edilmək üçün 12 ərizəyə baxılacaq. Ərizə verən dövlətlərin arasında Azərbaycan da var. Azərbaycan ənənəvi at idman növü çovqanın siyahıya salınmasını xahiş edib.

Sessiyada müxtəlif ölkələrdən 31 ərizəyə də baxılacaq. Onların arasında gürcülərin şərab hazırlamaq üsulu, ənənəvi İran təbabəti, Türkiyə qəhvə ənənəsi və mədəniyyəti də var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR