Sentyabrın 16-dək Azərbaycan ərazisində havanın temperaturu 2-3 dərəcə yüksələcək

Sentyabrın 16-dək Azərbaycan ərazisində havanın temperaturu 2-3 dərəcə yüksələcək
# 13 sentyabr 2013 10:15 (UTC +04:00)

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, sentyabrın 16-dək respublika ərazisində temperaturun tədricən 2-3 dərəcə yüksələcəyi gözlənilir.

Temperatur rejimi bütün kənd təsərrüfatı bitkilərinin inkişaf sürətini bir qədər artıracaq, lakin pambıq bitkilərində qozaların açılması və yetişməsi üçün kifayət qədər olmayacaq. Gecə və axşam saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var ki, bu da bağlarda meyvələrin, bostanlarda tərəvəzin və süfrə üzümünün yığımında, çoxillik otların biçini və aqrotexniki işlərin görülməsində mühüm çətinliklər yaratmayacaq və torpaqda məhsuldar rütubət ehtiyatının artması üçün şərait yaradacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR