Hindistan ABŞ səfirliyinə kommersiya ilə məşğul olmağa qadağa qoyub

Hindistan ABŞ səfirliyinə kommersiya ilə məşğul olmağa qadağa qoyub
# 08 yanvar 2014 15:19 (UTC +04:00)

Bakı – APA. Hindistan hökuməti ABŞ səfirliyindən yanvarın 16-dək kommersiya fəaliyyətinə son qoymağı tələb edib.

APA-nın “Lenta.ru”ya istinadən verdiyi məlumata görə, bu barədə NDTV telekanalı xəbər yayıb. Xəbərdə bildirilir ki, Hindistan rəsmiləri müvafiq qərarı diplomatik münasibətlər haqda Vyana konvensiyası ilə əsaslandırıblar.

Qadağa ABŞ-ın Dehlidəki səfirliyinin ərazisində yerləşən idman-əyləncə klubuna aiddir. Hovuz, fitnes zalı, boulinq, habelə bar və restoranın daxil olduğu kluba kənar şəxslərin ödənişli əsaslarla daxil olmasına icazə verilirdi.

Hindistan Xarici İşlər Nazirliyindəki mənbə “Frans Press” agentliyinə bildirib ki, kluba illik abunənin qiyməti bir neçə min dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR