Lənkəran sakini həmyerlisini qətlə yetirərək qaçıb - VİDEO

Lənkəran sakini həmyerlisini qətlə yetirərək qaçıb - <span style="color: red;">VİDEO
# 24 iyun 2014 08:13 (UTC +04:00)

APA-nın cənub bürosunun xəbərinə görə, hadisə ötən gecə saat 2 radələrində rayonun Göyşaban kəndi ərazisində yerləşən maşın təmiri sexində qeydə alınıb. Lənkəran şəhər sakini, 1991-ci il təvəllüdlü Bəhruz Fəyaz oğlu Mikayılov şəxsi münasibətlər zəminində həmyaşıdı və həmyerlisi Elnur Rasim oğlu Kişiyevi bıçaqla qətlə yetib.

Daha sonra B. Mikayılov hadisə yerindən qaçıb.

Hazırda rayonun hüququ-mühafizə orqanları qətl törədən şəxsin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirirlər.

Faktla bağlı Lənkəran rayon Prokurorluğunda araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR