Sergey Paşinski: “Antiterror əməliyyatı davam edəcək”

Sergey Paşinski: “Antiterror əməliyyatı davam edəcək”
# 07 may 2014 17:36 (UTC +04:00)

APA-nın UNİAN agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ukrayna prezident administrasiyası rəhbərinin səlahiyyətlərini icra edən Sergey Paşinski bəyan edib.

“Biz dinc əhali arasında itkinin qarşısını almaq üçün qoşunları yeritmirik, lakin antiterror əməliyyatı davam edəcək, Slavyansk və Kramatorsk şəhərindəki terrorçular ələ keçiriləcək və yaxud məhv ediləcəklər”, deyə Paşinski bildirib.

Eyni zamanda Paşinski vurğulayıb ki, antiterror əməliyyatı zamanı girov götürülmür, nümayişçilər isə saxlanılmır: “Biz yalnız terrorla və silahlılarla mübarizə aparırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR