Şagirdlər arasında təşkil olunan inşa yazı müsabiqəsinin yekun mərhələsi keçirilib - VİDEO

Şagirdlər arasında təşkil olunan inşa yazı müsabiqəsinin yekun mərhələsi keçirilib - <span style="color: red;">VİDEO
# 12 aprel 2014 08:01 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün akademik Zərifə Əliyeva adına liseydə Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdləri, ilk peşə-ixtisas və orta ixtisas təhsili müəssisələri şagirdləri arasında təşkil olunan inşa yazı müsabiqəsinin yekun mərhələsi keçirilib. APA-nın xəbərinə görə, müsabiqənin təşkilatçıları Yeni Azərbaycan Partiyası, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir.

Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov jurnalistlərə açıqlamasında bildirib ki, Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr olunmuş inşa müsabiqəsi artıq 8-ci dəfədir təşkil olunur. Onun sözlərinə görə, müsabiqənin rayon (şəhər) mərhələsi mart ayında yekunlaşdırılıb: “İnşa müsabiqəsində ölkənin bütün bölgələri təmsil olunub. Müsabiqənin rayon (şəhər) mərhələsində 17 min nəfərdən artıq şagird iştirak edib. Respublika mərhələsi iştirakçılarının ümumi sayı 121 nəfərdir. onlardan 10 nəfəri VIII, 29-u IX, 29-u X, 28-i XI sinif şagirdidir. ilk peşə-ixtisas təhsili müəssisələrini 15 nəfər, orta ixtisas məktəblərini isə 10 nəfər təmsil edir”.

Qeyd edək ki, inşa yazı müsabiqəsinin respublika mərhələsinin iştirakçıları arasından qaliblər seçiləcək. I, II, III və həvəsləndirici yerlərə layiq görüləcək. Qaliblərə qiymətli hədiyyələr təqdim olunacaq və inşa yazıları kitab şəklində çap ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR