Aviqdor Liberman yenidən İsrailin xarici işlər naziri olacaq

Aviqdor Liberman yenidən İsrailin xarici işlər naziri olacaq
# 06 noyabr 2013 10:35 (UTC +04:00)

Bakı - APA. İsrailin Yerusəlim Məhkəməsi “Bizim Evimiz İsrail” Partiyasının lideri, sabiq xarici işlər naziri Aviqdor Libermanla bağlı qərar verib. APA-nın “mignews.com” saytına istinadən yaydığı xəbərə görə, məhkəmə A. Libermana qarşı dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadə barədə ittihamları əsaslı saymayıb.

Qeyd edək ki, Aviqdor Liberman İsrail xarici işlər naziri olduğu dövrdə Ben-Arenin Xarici İşlər Nazirliyində müşavir təyin edilməsinə mane olmamaqda, bu diplomatın 2009-cu ildə İsrailin Latviyada səfiri təyin edilməsində aktivlik göstərməkdə ittiham olunub.

İsrail baş naziri Binyamin Netenyahu isə bəyan edib ki, məhkəmədə bəraət alan Aviqdor Liberman hökumətdə təmsil olunacaq, indiyə qədər boş qalan xarici işlər naziri postunu tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR