İranın Sistan və Bəlucistan vilayətində atışma olub, iki nəfər ölüb, iki nəfər yaralanıb

İranın Sistan və Bəlucistan vilayətində atışma olub, iki nəfər ölüb, iki nəfər yaralanıb
# 15 oktyabr 2013 11:21 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan vilayətində atışma olub.

APA-nın İSNA-ə istinadən verdiyi məlumata görə, insident sərhəddə baş verib. Lakin atışmanın Pakistan, yoxsa Əfqanıstanla sərhəddə baş verdiyi bildirilmir.

İran sərhədçiləri ölkəni sərhədini pozmaq istəyən şəxslərə dəfələrlə xəbərdarlıq etmələrinə baxmayaraq, qarşı tərəf buna məhəl qoymayıb. Nəticədə tərəflər arasında toqquşma baş verib. İran sərhədçilərinin açdığı atəş nəticəsində iki nəfər ölüb, iki nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR