Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov Udine şəhərinə işgüzar səfər edib - FOTO

Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov Udine şəhərinə işgüzar səfər edib - <span style="color: red;">FOTO
# 18 oktyabr 2013 13:41 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov iqtisadi potensialına və maddi rifah səviyyəsinə görə İtaliyanın ən qabaqcıl regionlardan biri olan Friuli-Venetsiya-Culiya regionunun Udine şəhərinə işgüzar səfər edib.

Səfirlikdən APA-ya verilən məlumata görə, səfərin başlıca məqsədi regionun yerli hakimiyyət strukturları və işgüzar dairələri ilə əməkdaşlıq əlaqələrinin qurulması və genişləndirilməsindən ibarət olub.

Səfər zamanı səfir V.Sadıqov Friuli-Venetsiya-Culiya regionunun qubernatoru xanım Debora Serrakkiani ilə görüş keçirib. D.Serrakkiani təmsil etdiyi regionun işgüzar və təhsil dairələrinin Azərbaycanla əməkdaşlıq əlaqələrinin inkişaf dinamikasından məmnun olduğunu diqqətə çatdırıb.

Daha sonra V.Sadıqov Udine şəhərinin meri Furio Honsell ilə görüşüb. Görüşdə Azərbaycan və Udine arasında mədəni, elmi, təhsil, səhiyyə və digər sahələrdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Səfir Udinenin Ticarət və Sənaye Palatasında təşkil edilmiş “Azərbaycanda yeni biznes erası” mövzusunda biznes forumda iştirak edib. Tədbiri açılış nitqi ilə açan palatanın prezidenti Covanni Da Podzo yerli iş adamlarının geniş imkanlara malik olan Azərbaycan bazarına dərin maraq göstərdiyini vurğulayıb. Səfir V.Sadıqov regionun işgüzar dairələri üçün nəzərdə tutulmuş, 70-ə yaxın iş adamı və KİV nümayəndələrinin iştirak etdiyi forumda Azərbaycan haqqında təqdimat ilə çıxış edib. O, təqdimatda Azərbaycanın son illər sosial-iqtisadi inkişaf təmayüllərinə, Azərbaycan Hökumətinin həyata keçirdiyi iqtisadi islahatlara və prioritet inkişaf sahələrinə dair icmal edib. Forum iştirakçılarının çoxsaylı suallarına cavab verilib.

Səfir V.Sadıqov həmçinin yerli KİV təmsilçilərinə müsahibə verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR